Türkiyənin istehsal edəcəyi avtomobilin qiyməti açıqlandı

turkiyenin-istehsal-edeceyi-avtomobilin-qiymeti-aciqlandi
Oxunma sayı: 8852

Türkiyənin milli avtomobili "Togg"un istehsalına bir ay qalmış avtomobilin qiyməti ilə bağlı açıqlama yayılıb.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, iyul ayında qiymətlərlə bağlı təxmini rəqəm deyilsə də, bu təxminlər “Togg”un şəriklərindən “Anadolu Qrupun” İdarə Heyətinin sədri Tuncay Özilhan tərəfindən təsdiqlənib.

Belə ki, avtomobilin 910 min lirədən (83 min manat) başlayaraq satışa çıxarılacağı təsdiqlənib.