Türkiyə, İsveç və Finlandiya arasında martın ortalarında görüş keçiriləcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlaması zamanı bildirib.
Stoltenberq keçiriləcək üçtərəfli görüş istiqamətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşdıqlarını bildirib.
Baş katib qeyd edib ki, iki ölkənin NATO-ya üzvlük prosesində irəliləyişlər var.
Son xəbərlər
Son Xəbərlər