Türkiyə, İsveç və Finlandiya arasındakı görüş ləğv edildi

turkiye-isvec-ve-finlandiya-arasindaki-gorus-legv-edildi
Oxunma sayı: 2332

Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli görüş qeyri-müəyyən müddətə ləğv edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, görüşün ləğv edilməsini rəsmi Ankara istəyib.

Belə ki, görüşdə əsas müzakirə mövzularından biri İsveç və Finlandiyanın NATO-ya üzvlüyü olacaqdı.

Qeyd edək ki, şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Qurani-Kərim yandırılıb.