Türkiyə İsveçlə bağlı protokolu gələn həftəsonunadək təsdiqləyə bilər

turkiye-isvecle-bagli-protokolu-gelen-heftesonunadek-tesdiqleye-biler
Oxunma sayı: 1108

Türkiyə Böyük Millət Məclisi (TBMM) İsveçin NATO-ya üzvlük protokolunu gələn həftəsonunadək ratifikasiya edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN Türk telekanalı bildirib.

Əvvəlcə İsveçin müraciəti parlamentin Xarici işlər komissiyası tərəfindən qəbul edilməlidir. Sonra o, parlamentin Baş Assambleyasında baxılacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete” hökumət qəzetində təsdiqləndikdən və dərc edildikdən sonra Ankara tərəfindən İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosesi başa çatacaq.