Türkiyə kəşfiyyatı PKK-nın rəhbər şəxsini məhv etdi

turkiye-kesfiyyati-pkk-nin-rehber-sexsini-mehv-etdi
Oxunma sayı: 1843

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) İraqın Sincar bölgəsində keçirtdiyi anti-terror əməliyyatı nəticəsində Saad Ali Bedel məhv edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, “Çeko Pir” kod adlı Saad Ali Bedel PKK/KCK Sincar hərbi qolunun rəhbəri olub.

O, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) bazalarına qarşı həyata keçirilən terror hücumlarında şəxsən iştirak edib.