Türkiyə klubu üçüncü dəfə eyni məşqçiyə tapşırıldı

turkiye-klubu-ucuncu-defe-eyni-mesqciye-tapsirildi
Oxunma sayı: 2415

Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi bəlli olub. “Qafqazinfo” xəbər verir ki, Superliqa təmsilçisini bundan sonra Kemal Özdeş çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Təcrübəli baş məşqçi bu vəzifədə Selçuk İnanı əvəzləyib.

Xatırladaq ki, K.Özdeş üçüncü dəfə “Kasımpaşa”nın sükanı arxasına keçir. O, daha əvvəl 2016-2018-ci illər aralığında və 2019-cu ildə İstanbul təmsilçisinə rəhbərlik edib.