Türkiyə klubunda portuqaliyalı baş məşqçi

turkiye-klubunda-portuqaliyali-bas-mesqci
Oxunma sayı: 1368

Türkiyənin “Qaziantep” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
“Qafqazinfo” xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra portuqaliyalı mütəxəssis Rikardu Sa Pintu çalışdıracaq. O, bu vəzifədə Marius Şumudiçanı əvəz edib.
 
48 yaşlı mütəxəssis "Sportinq", "Atromitos", "Standard" (Lyej), "Legiya", "Braqa" kimi klubları çalışdırıb. Sa Pintunun son iş yeri Braziliya təmsilçisi "Vasko da Qama" olub.