Türkiyə klubunun 9 futbolçusu koronavirusa yoluxdu

turkiye-klubunun-9-futbolcusu-koronavirusa-yoluxdu
Oxunma sayı: 849

Türkiyənin “Menemenspor” klubunda 10 nəfərdə koronavirus aşkarlanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə TFF 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Testi müsbət çıxanlardan doqquzu akademiyanın futbolçusu, biri isə klubun işçisidir. Yoluxan şəxslər öz evlərində karantinə alınıblar.

Qeyd edək ki, Türkiyənin “Fənərbaxça”, “Qalatasatay”, “Trabzonspor” və “Ankaragücü” klublarında da koronavirusa yoluxma qeydə alınıb.