Türkiyə klubunun prezidenti “Neftçi” və “Qarabağ”ın düşərgəsində - Fotolar

turkiye-klubunun-prezidenti-neftci-ve-qarabagin-dusergesinde
Oxunma sayı: 2072

Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu “Neftçi”nin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, klub rəhbərliyi ilə görüşdə gələcəkdə komandalar arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra Hasan Çavuşoğlu “Qarabağ” klubunu ziyarət edib. Çavuşoğlu klubun bazasında baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşüb.

Çavuşoğluna “köhlən atlar”ın forması hədiyyə edilib.