Türkiyə koronavirusa görə 2 milyon insana təzminat ödəyəcək

turkiye-koronavirusa-gore-2-milyon-insana-tezminat-odeyecek
Oxunma sayı: 3101

Türkiyə koronavirusa qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar 2 milyon insana 1000 lirə nağd təzminat ödəyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ailə, Çalışma və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq açıqlama verib.

O bildirib ki, təzminat martın sonuna kimi vətəndaşlara ödəniləcək: “Bunun üçün vətəndaşların harasa müraciət etməsinə ehtiyac yoxdur. Ehtiyac sahibi insanlar bu paketdən yararlanacaq”.