Türkiyə koronavirusa qarşı o dərmandan aldı

turkiye-koronavirusa-qarsi-o-dermandan-aldi
Oxunma sayı: 9991

"Koronavirusa qarşı müsbət nəticələr göstərən dərman bu gün Çindən gətirilib"

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib. "Çində koronavirusa qarşı effektiv nəticələr göstərən dərmandan yetərli sayda bu gün səhər ölkəmizə gətirdik. Dövlətin fabrikə əl qoymasına rəğmən bu dərmanı gətirə bildik. Çin səfirliyi ilə görüşdüm. Bundan sonra ehtiyaclarımızı qarşılamaq üçün səylər göstərəcəklər",-deyə nazir bildirib.

O, gətirilən dərmanın istifadəsinə bu gündən başladığını bildirib. "Bu gün səhərdən etibarən reanimasiyada olan xəstələrimiz üçün dərmanın istifadəsinə başladıq. Nəticələrin necə olacağını görəcəyik."-, deyə nazir sözlərinə əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə Çində xəstələrə tətbiq olunan "Favipiravir" dərmanının effektiv nəticələr göstərdiyi məlum olmuşdu.