Bu gün Türkiyə kubokunun final oyunu keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, həlledici görüşdə “Qalatasaray” və “Fənərbaxça” üz-üzə gəlir.
***
Komandalar meydana aşağıdakı tərkibdə çıxıblar:
“Qalatasaray”: Muslera, Semih, Denayer, Hakan Balta, Karole, Selcuq, Emre, Sinan, Sneyder, Yasin, Podolski;
“Fənərbaxça”: Fabiano, Şener Özbayraklı, Kyaer, Ba, Hasan Ali Kaldırım, Mehmet Topal, Cozef, Alper Potuk, Volkan Şen, Nani, Van Persi.
***
Oyunun 30-cu dəqiqəsində “Qalatasaray”ın oyunçusu Podolski hesabı açır. Hesab 1:0 bu komandanın xeyrinədir.
***
Matç “Qalatasaray”ın 1:0 hesablı qələbəsiylə başa çatır. Və bu komanda 5-ci dəfə kuboka sahiblənir.






Son xəbərlər
Son Xəbərlər