Futbol üzrə Türkiyə kubokunda ilk finalçı bəlli olub.
"Qafqazinfo" xəbər verir ki, “Kayserispor” “Trabzonspor”la cavab oyununda 4:2 hesablı qələbə qazanmaqla finala yüksəlib.
Səfərdə baş tutan ilk oyunda 0:1 hesabıyla uduzan Kayseri təmsilçisi ümumi hesabda 4:3 hesabıyla üstün olub.
“Kayserispor”un finaldakı rəqibi mayın 11-də keçiriləcək “Sivasspor” - “Alanyaspor” matçında müəyyənləşəcək. Bu komandaların ilk matçında Sivas təmsilçisi 2:1 hesabıyla üstün olub.
Son xəbərlər
Son Xəbərlər