"Qafqazinfo" xəbər verir ki, millimizin də yer aldığı H qrupu ilə yanaşı, A və B qruplarında da növbəti matçlar keçiriləcək.
A qrupunda maraqla gözlənilən matçlardan biri Türkiyə - Latviya matçı olacaq. Belə ki, bu görüşdən qardaş ölkə mütləq 3 xalla ayrılmalıdır. Qrupun digər görüşündə isə, Hollandiya qrup lideri İslandiyanı qonaq edəcək. Çexiya isə autsayder Qazaxıstanı sınağa çəkəcək.
B qrupunun lideri olan Uels səfərdə Kiprin qonağı olacaq. İsrail yığması Andorranı, Belçika isə Bosniya və Herseqovinanı qəbul edəcək.
Avro-2016
3 sentyabr
A qrupu
23:45. Çexiya – Qazaxıstan
23:45. Hollandiya – İslandiya
23:45. Türkiyə - Latviya
B qrupu
23:45. Belçika – Bosniya və Herseqovina
23:45. Kipr – Uels
23:45. İsrail – Andorra
Son xəbərlər
Son Xəbərlər