Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, G qrupunda yer alan və ilk iki turda maksimum nəticə göstərən Türkiyə millisi bu dəfə Latviya ilə qarşılaşıb.
Türkiyə millisi oyunun gedişində 3:1 hesabı ilə öndə olsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
DÇ-2022-nin seçmə mərhələsi
30 mart
G qrupu
22:45. Türkiyə - Latviya - 3:3
Qollar: K. Karaman, 2, H.Çalhanoğlu, 33, Burak Yılmaz, 52 (pen). - Savalnieks, 35, R.Uldriks, 58, İkaunieks, 79
Son xəbərlər
Son Xəbərlər