Türkiyə lideri Azərbaycan xalqına təşəkkür etdi

turkiye-lideri-azerbaycan-xalqina-tesekkur-etdi
Oxunma sayı: 1299

“Azərbaycanla bölgənin təhlükəsizliyi və rifahı üçün həmrəyliyimizi artıraraq davam etdirəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“İlham qardaşımla birlikdə iki ölkə dostluğunu və əməkdaşlığını hər sahədə zirvəyə daşıyacağıq.

Rəbbim yolumuzu, bəxtimizi açıq etsin.

İlham qardaşımızın simasında bizi məhəbbətlə bağrına basan Azərbaycan xalqına təşəkkür edirəm.

“TEKNOFEST Azərbaycan”ın uğurla icra edilməsinə dəstək verən Azərbaycan hakimiyyətini, nazirliklərimizi, şirkətlərimizi, rəsmi qurumlarımızı və T3 Vəqfini ürəkdən təbrik edirəm”, - o qeyd edib.