Türkiyə liderlər harada səs verəcək?

turkiye-liderler-harada-ses-verecek
Oxunma sayı: 1150


“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda, Cumhuriyyət Xalq Partiyası (CHP) sədri Kamal Kılıçdaroğlu, Milliyyətçi Xalq Partiyası (MHP) sədri Dövlət Baxçalı və Saadət Partiyasının sədri Mustafa Kamalak Ankarada, Barış və Demokratiya Partiyası (BDP) sədri Selahattin Dəmirtaş isə Diyarbəkir vilayətində səs verəcək.

Türkiyə prezidenti Abdullah Gül və xanımı Hayrunisə Gül isə Ankarada səs verəcəklər. 

Xatırladaq ki, Türkiyədə bir neçə saat bundan öncə bələdiyyə seçkilərinə start verilib.