“Türkiyə Liqasına xüsusi sevgim var”- - Muarrem Muarrem

turkiye-liqasina-xususi-sevgim-var-
Oxunma sayı: 1241


“Qafqazinfo” xəbər verir ki, matçdan sonra “Qarabağ”ın futbolçusu, son zamanlar adı Türkiyənin “Eskişehirspor” klubu ilə hallanan Muarrem Muarrem jurnalistlərə açıqlama verib: 

“Premyer Liqaya hazırlıqlarım davam edir. Yoxlama oyunları keçiririk, çempionat oyunlarına hazırlaşırıq. Özümü “Qarabağ”da çox rahat hiss edirəm. “Eskişehirspor” məni heyətinə qatmaq istəyirdi, Antaliyaya gəlməmişdən qabaq kluba rəsmi təklif gəlib. Mən də hər iki tərəfin razılğı əsasında gedə bilərdim. Lakin razılaşma əldə olunmadı və komamdamda qaldım. “Qarabağ”da çox xoşbəxtəm. Ancaq Türkiyə Liqasına xüsusi sevgim var. Təbii ki, Azərbaycan Liqasının da səviyyəsi kifayət qədər yüksəkdir. Mən “Eskişehirspor”a keçsəydim bəlkə də heç vaxt Avro Liqada oynaya bilməzdim. May ayına kimi burdayam”.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.

İqbal