“Qafqazinfo” xəbər verir ki, “Türkiye” qəzeti bu fikrin Türksatın peyk xidmətləri ilə əlaqədar hesabatında yer aldığını iddia edib. Qəzet onu da bildirib ki, sözügedən təklifin irəli sürülməsinə baxmayaraq, Azərbaycan daha yüksək xərclərlə şirkətin bölgədəki rəqibləri ilə əməkdaşlıq edib.
Türkiyə mediasında müzakirə olunan mövzu ilə əlaqədar olaraq “Qafqazinfo” Azərcosmos ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətini rəhbəri Fidan Behbudova xəbərin əsassız olduğunu və Türksat şirkəti tərəfindən “Azərkosmos” ASC-yə bu günə qədər birgə peyk idarə etməklə bağlı heç bir rəsmi müraciət olunmadığını bildirib. F. Behbudova onu da qeyd edib ki, qardaş ölkənin peyk operatoru ilə dostluq münasibətləri var. “Buna misal olaraq 2014-cü ilin dekabr ayında Türksat şirkətinin nümayəndə heyətinin şirkətimizə səfər etməsini göstərə bilərik”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər