Türkiyə Mərkəzi Bankı 2 ildən sonra vacib qərarı verdi

turkiye-merkezi-banki-2-ilden-sonra-vacib-qerari-verdi
Oxunma sayı: 4210

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) yeni sədri Hafize Qaye Erkanın rəhbərlik etdiyi ilk iclasdan sonra faiz qərarı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, TCMB-nin açıqlamasına görə, uçot dərəcəsi 8,5 %-dən 15 %-ə qaldırılıb.

Bankdan bildirilib ki, faiz artımı bazar gözləntilərindən aşağı olsa da, pul sərtləşdirməsi mərhələli olacaq: “Monetar sərtləşdirmə prosesinin başlaması ilə pul siyasətinin effektivliyi artacaq. Bununla belə, qiymət sabitliyinin davamlılığını təmin etmək məqsədilə TCMB cari əməliyyatlar balansını yaxşılaşdıracaq strateji investisiyaları dəstəkləməyə davam edəcək”.

Qeyd edək ki, bazar iştirakçıkları Bankın uçot dərəcəsinə 16,5 % bəndi artıraraq 25 %-ə qaldıracağını gözləyirdi.

Xatırladaq ki, Mərkəzi Bank faiz dərəcələrini sonuncu dəfə 2021-ci ilin martında artırmışdı.