Türkiyə məşqçi tapdı

turkiye-mesqci-tapdi
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, müqavilədə Avcının 3.5 il Türkiyə yığmasını çalışdıracağı nəzərdə tutulub. Bu müddətdə o, ildə 2.5 milyon TL (türk lirəsi) məvacib alacaq. Federasiya prezidenti Mehmet Ali Aydınlar yeni baş məşqçiyə inandıqlarını bildirib: “Milli komanda yenidən qurulur. Abdullah Avcı bu işi layiqincə yerinə yetirəcək. Onunla böyük uğurlar qazanacağımıza əminəm”.

Qeyd edək ki, son 5.5 ili “İstanbul BB”nin baş məşqçisi kimi keçirən Abdullah Avcı 17 yaşlılardan ibarət Türkiyə yığmasına Avropa çempionluğu və Dünay dördüncülüyünü qazandırıb.

Ceyhun Əhmədov