Türkiyə mətbuatı Prosineçki haqqında yalan yazır

turkiye-metbuati-prosinecki-haqqinda-yalan-yazir
Oxunma sayı: 752

“Bursaspor” rəhbərliyi ilə görüşmək üçün Türkiyəyə yollanacaq Robert Prosineçki əvvəlcə AFFA rəhbərliyi ilə görüşəcək. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, əvvəlcə Bursa təmsilçisi ilə müqavilə imzalamaq üçün icazə istəyəcək. 

“Yox” cavabı olarsa, xorvatiyalı mütəxəssis həm Azərbaycan yığmasını, həm də “Bursaspor”u çalışdırmağı təklif edəcək. 

“Bursasporhakimiyyet.com” saytında həmçinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya 0:1 hesablı məğlubiyyətdən sonra Prosineçkinin mətbuat konfransında “Bursaspor”la bağlı suala “AFFA rəhbərliyi ilə görüşüb qərar verəcəm” dediyi yazılıb. Lakin oyundan sonra keçirilən konfransda xorvatiyalı “Bursaspor”la bağlı suala cavab vermək istəmədiyini demişdi.