Türkiyə milli komandasının toplanışı ləğv edildi

turkiye-milli-komandasinin-toplanisi-legv-edildi
Oxunma sayı: 1496

Terror təhlükəsi səbəbindən təxirə salınan “Qalatasaray” – “Fənərbaxça” matçını ardından Türkiyə milli komandasının da proqramında dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, komandanın İstanbulda keçirəcəyi təlim-məşq toplanışı ləğv edilib. 

Həmçinin komandanın Antalyaya yollanacağı tarixdə də dəyişiklik edilib. Atatürk Hava Limanından martın 21-i saat 23:00-da Antalyaya getməli olan komanda həmin gün saat 12:00-da bu şəhərə yollanacaq.