Türkiyə Milli Təhlükəsizlik Şurasında Cənubi Qafqazla bağlı - Bəyanat

turkiye-milli-tehlukesizlik-surasinda-cenubi-qafqazla-bagli
Oxunma sayı: 2169

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurası ilin ilk iclasını keçirib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, görüş 4 saat 45 dəqiqə davam edib.

MTŞ-nin 5 bəndlik bəyanatından birində Türkiyə və Ermənistan başda olmaqla, tərəflərin konstruktiv, səmimi səyləri ilə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi üçün yaradılmış mexanizmlərin, səylərin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin, MTŞ-də Ukrayna ilə Rusiya arasında son vaxtlar artan gərginlik də müzakirə olunub. MGK-nin açıqlamasında bütün tərəflər sağlam düşüncə ilə gərginliyi azaltmağa çağırılıb.