Türkiyə millisi Bakıda - Fotolar

Türkiyə millisi Bakıda
Oxunma sayı: 3862

Türkiyə milli komandası Bakıya gəlib.  “Qafqazinfo” xəbər verir ki, “ay ulduzlular” Avro-2020-nin qrup mərhələsinin son iki matçını paytaxtımızda keçirəcək. 

İlk oyunda İtaliyaya 0:3 hesabilə uduzan Şenol Günəşin komandası “Fairmont” otelində məskunlaşıb. 

Onlar məşqlərini “Bakcell Arena”da keçirəcəklər. 

Türkiyə yığması iyunun 16-da Uelslə, 20-də İsveçrə ilə üz-üzə gələcək.

Fotolar: Pərvin Zeynal