Türkiyə millisi də Tokio-2020-yə lisenziya qazandı

turkiye-millisi-de-tokio-2020-ye-lisenziya-qazandi
Oxunma sayı: 1583

Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə millisi bu hüququ Avropa Olimpiya Təsnifat Turnirinin final matçında Almaniyanı 3:0 hesabla məğlub edərək əldə edib.

Niderlandın Apeldoorn şəhərində keçirilən turnirin final mübarizəsində “ay-ulduzlular” ilk mərhələdə 25-17, ikinci mərhələdə 22-19, üçüncü mərhələdə isə 25-22 hesabla qələbə qazanıblar.