Türkiyə millisi ikinci matçda da uduzdu - Fotolar

turkiye-millisi-ikinci-matcda-da-uduzdu
Oxunma sayı: 8245

Futbol üzrə Avropa çempionatı davam edir.

"Qafqazinfo" xəbər verir ki, günün ikinci matçında A qrupu çərçivəsində Türkiyə yığması Uels millisi ilə qarşılaşıb.

İlk matçda İtaliya millisinə uduzan Şenol Günəşin komandası bu oyunda da məğlubiyyətlə üzləşib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Uelsin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qrupun digər matçında lider İtaliya millisi İsveçrə ilə üz-üzə gələcək.

AÇ-2020
16 iyun

A qrupu

20:00. Türkiyə – Uels - 0:2 

Qol: Aaron Remsi, 43, Konnor Roberts, 90+5

Baş hakim: Artur Dias (Portuqaliya).
Bakı. Olimpiya Stadionu.

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 9. Kenan Karaman, 10. Hakan Çalhanoğlu, 13. Umut Meraş, 17. Burak Yılmaz (k), 22. Kaan Ayhan.

Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (k), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam.