Türkiyə millisində ciddi itki

turkiye-millisinde-ciddi-itki
Oxunma sayı: 1751

Türkiyə millisində itki yaşanıb. “Qafqazinfo” “Fanatik”ə istinadən xəbər verir ki, millinin aparıcı üzvü Çağlar Söyüncü zədələnib.

27 yaşlı müdafiəçinin sağ ayaq əzələsində problem yaranıb. Belədə, Söyüncünün AVRO-2024-ün seçmə mərhələsindəki Uels və Latviya matçlarında oynamayacağı dəqiqləşib. 
O, müalicəsi üçün düşərgəsini tərk edib.

Türkiyə iyunun 16-da Latviya, 19-da isə Uels ilə üz-üzə gələcək.