Türkiyə millisində daha bir itki

turkiye-millisinde-daha-bir-itki
Oxunma sayı: 5709

AÇ-2024-ə hazırlaşan Türkiyə millisi ciddi itki ilə üzləşib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Rəsmi məlumatda bildirilib ki, milli komandasında qapıçı Mert Günok və hücumçu İrfan Can Kahveci bugünkü məşqlərdə iştirak etməyib. Onların məşqə qatılmadığı qeyd edilib.

Yayılan iddialara görə, İrfan Can Kahveci zədəlidir və Milli komandadan uzaqlaşdırılıb.

Qeyd edək ki, daha əvvəl "ay ulduzlular" iki itki ilə üzləşmişdi. Belə ki, komandanın üzvləri Enes Ünal və Kaan Ayhan zədə səbəbindən heyətdən çıxarılmışdı.