Türkiyə millisində koronavirusa yoluxanların sayı 12-yə çatdı

turkiye-millisinde-koronavirusa-yoluxanlarin-sayi-12-ye-catdi
Oxunma sayı: 1407

Futbol üzrə Türkiyə yığma komandasında koronavirusa yoluxanların sayı 12-yə çatıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Komanda üzvlərindən sonuncu dəfə götürülmüş testlərdən daha dördünün nəticəsi pozitiv çıxıb. Amma onların adları açıqlanmayıb. COVİD-19 testi pozitiv çıxmış futbolçuların Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alındığı diqqətə çatdırılıb.

Xatırladaq ki, daha əvvəl daha 8 futbolçu koronavirusa yoluxduğu üçün millinin heyətindən kənarlaşdırılmışdı. Bunlar İrfancan Kahveci, Nazım Sanqare, Merih Demiral, Zeki Çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz və Emre Kılınç idi.