Türkiyə millisində mükafat davası - İclas keçirildi

turkiye-millisinde-mukafat-davasi
Oxunma sayı: 2191

Xorvatiya – Türkiyə matçından sonra qardaş ölkə mətbuatında milli komandanın 150 min avro az mükafat aldıqları üçün qarşılaşmalara etinasız yaşandığına dair xəbərlər var.

Qafqazinfo” xəbər verir ki, həmçinin Arda Turanla Fatih Terim arasında problemlər olduğu iddiaları irəli sürülüb. Bütün bunlardan sonra baş məşqçi Fatih Terim “mükafat davası”, “Arda Turanla aralarında yaşanan soyuq münasibətlər” və “komanda içində qruplaşma” iddiaları ilə bağlı komanda daxilində iclas keçirib. 

1 saat 20 dəqiqə davam edən iclasda yalnız baş məşqçi və futbolçular iştirak edib. Fatih Terim futbolçuları Çexiya ilə oyuna kökləyib və formanın haqqını verməyi tələb edib.