Türkiyə millisindən Arda Turana çağırış: - “Qapımız açıqdır”

turkiye-millisinden-arda-turana-cagiris
Oxunma sayı: 689

Türkiyə Futbol Federasiyasının rəhbəri Yıldırım Dəmirörən mətbuat konfransı keçirib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəmirörən 2 gün öncə millinin baş məşqçisi Mirçea Luçesku ilə Arda Turan arasında baş tutan görüş barədə danışıb.

TFF prezidenti görüşün müsbət keçdiyini deyib: “Biz kapitanımız Ardaya inzibati cəza vermişdik, heyətdən müddətsiz uzaqlaşdırmamışdıq. Arda özü millidən getdiyi barədə qərar vermişdi. Baş məşqçimizlə də görüşdüyünə görə, qapımız açıqdır”.

Qeyd edək ki, Arda Turan jurnalist Bilal Meşeyə hücum etdiyi üçün heyətdən uzaqlaşdırılmış, ardınca isə futboçu milli karyerasını bitirdiyini açıqlamışdı.