Türkiyə millisinin 400 min forması satılıb

turkiye-millisinin-400-min-formasi-satilib
Oxunma sayı: 1019

Bu gün Fransada start götürəcək futbol üzrə Avropa çempionatının iştirakçılardan olan Türkiyə millisinin forma satışında tarixi rekord qeydə alınıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bugünədək 400 min forma satılıb.

Türkiyə Futbol Federasiyası formalara tələbatın ciddi şəkildə artdığını bildirib. Açıqlamada 200 min formanın və bir o qədər də futbolkanın satıldığı qeyd olunub.

Türkiyə yığması AÇ-2016-da qırmızı və mavi rəngli formalarla çıxış edəcək. Həmin formaların qiymətləri 32-48 dollar arasında dəyişir.