Türkiyə millisinin sabiq futbolçuları barədə həbs - Qərarı

turkiye-millisinin-sabiq-futbolculari-barede-hebs
Oxunma sayı: 3794

Türkiyə millisinin keçmiş futbolçuları Bekir İrtegün, Uğur Boral, Zafer Biryol, Ömər Çatkıçı da daxil olmaqla 6 nəfər barədə FETÖ-nün futbol şəbəkəsi ilə bağlı məhkəmə qərarı elan olunub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Bekir, Uğur, Ömər hər biri 2 il 1 ay, keçmiş menecer Ersin Güreler, məşqçi İsmayıl Şengül, futbolçu Zafer isə hər biri 6 il 3 ay həbsə məhkum edilib.

Müttəhimlərin vəkilləri onlara qarşı irəli sürülmüş “FETÖ-çü” iddiası ilə razılaşmadıqlarını bildirərək, bəraət tələb etsələr də, məhkəmə qərarı dəyişməyib.

Onlar haqqında ölkə xaricinə çıxmaq qadağası da qüvvədə saxlanılıb. Bundan başqa, Bekir, Ömər və Uğur haqqında 1 il intizam tədbirinə hökm verilib.