Türkiyə millisinin sabiq futbolçuları Alpay Özalan, Saffet Sancaklı və Ünal Karaman ölkədə keçirilən parlament seçkilərində qalib gələnlər sırasındadır.
“Qafqazinfo” “Hüriyyet”e istinadən xəbər verir ki, A.Özalan AK Partidən, S.Sancaklı MHP-dən, Ünal Karaman isə İYİ Partidən seçkiləri qazanıb.
İkinci dəfə TBMM-də yer alacaq A.Özalan AK Parti ikinci bölgəsindən seçkilərə qatılmışdı.
S.Sancaklı Kocaelinin, Ünal Karaman isə Konyanın millət vəkili olacaq.
Həmçinin oxuyun: В Турции состоится второй тур президентских выборов

Son xəbərlər
Son Xəbərlər