“Trabzonspor”un futbolçusu Abdulkadir Ömür karyerasını İngiltərədə davam etdirəcək.
“Qafqazinfo” xəbər verir ki, 25 yaşlı yarımmüafiəçi “Hall Siti”yə keçəcək.
Tərəflər arasındakı razılığa əsasən, “Hall Siti” Türkiyə klubuna 6 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Abdulkadir Ömür Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 211 rəsmi matçda 25 qol vurub və 36 məhsuldar ötürmə edib.
Son xəbərlər
Son Xəbərlər