Türkiyə millisinin üzvü rəsmən “Everton”da - Foto

turkiye-millisinin-uzvu-resmen-evertonda
Oxunma sayı: 2518

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Cenk Tosunun bundan sonra İngiltərə Premier Liqasında çıxış edəcək.

“Qafqazinfo” "The Sun"a istinadən xəbər verir ki, oyunçunun “Evertona”a keçidi yekunlaşıb.

Klubun rəsmi saytının verdiyi məlumata əsasən, 26 yaşlı hücumçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. İngilislər bunun üçün İstanbul klubuna 27 milyon funt-sterlinq ödəyib.

Qeyd edək ki, 2014-cü ildən “Beşiktaş”ın formasını geyinən Cenk, meydana çıxdığı 96 oyuna 41 qol vurub.