Türkiyə millisinin yeni baş məşqçisi məlum oldu

turkiye-millisinin-yeni-bas-mesqcisi-melum-oldu
Oxunma sayı: 1285

Fatih Terimin Türkiyə millisindən qovulmasından sonra yerinə yeni təyinat olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən Rumıniyada Mirçea Luçesku ilə görüşüb.

Tərəflər arasında aparılan müzakirələrdən sonra razılıq əldə olunub.

Axşam saatlarında Luçeskunu İstanbula gələcəyi gözlənilir.

Qeyd edək ki, 72 yaşlı mütəxəssisin son iş yeri “Zenit” olub. Bu günlərdə onun “Qalatasaray”a idman direktoru olaraq gələcəyi iddia edilirdi.