Türkiyə MN-dən Azərbaycan Komanda Briqadası ilə bağlı paylaşım - Fotolar

turkiye-mn-den-azerbaycan-komanda-briqadasi-ile-bagli-paylasim
Oxunma sayı: 3218

Azərbaycan Ordusunun İkinci Komando Briqadasının beret geyinmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitterdə məlumat verib.

“Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə təşkilati və təlim-məşq fəaliyyəti başa çatan Azərbaycan Ordusunun İkinci Komando Briqadasının beret geyinmə mərasimi keçirilib”, - məlumatda qeyd olunub.