Türkiyə MN-dən Azərbaycana daha bir dəstək paylaşımı - Video

turkiye-mn-den-azerbaycana-daha-bir-destek-paylasimi
Oxunma sayı: 3631

Türkiyə Milli Müdafiə Nazirliyi növbəti dəfə Azərbaycan Ordusuna öz dəstəyini ifadə edib.

“Qafqazinfo” xəbər verir ki, nazirlik bu barədə öz rəsmi tviter hesabında paylaşım edib:

“Biz doğma qardaş, iki dövlət, bir millətik! Bakının düşmən işğalından qurtuluşunu qeyd etdiyimiz bu xüsusi gündə Ermənistanın təcavüzkar və təxribatçı hərəkətlərinə güclü şəkildə qarşı gələn qəhrəman Azərbaycan Ordusunu və nəcib Azərbaycan türkü qardaşlarımızı salamlayırıq”.