“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan “erməni soyqırımı” ilə bağlı Putinin sərgilədiyi mövqeyə görə Türkiyənin Moskvadakı səfirini geri çağıra biləcəyini vurğulayıb.
Prezidentin sözlərinə görə, bu məsələni dövlət başçısı Putinlə telefon vasitəsi ilə müzakirə edib, əgər lazım gələrsə, Türkiyə Rusiyadakı səfirini geri çağıra və diplomatik əlaqələri konsulluq səviyyəsinə endirə bilər.
Xatırladaq ki, prezident Putin 1915-ci il hadisələrinin 100-cü ildönümündə Ermənistanda soyqırım abidəsini ziyarət etmiş və həmin hadisələrin Rusiyanın da kədəri olduğunu ifadə etmişdi. Putin Rusiyanın mövqeyinin dəyişməz qaldığını və insanların kütləvi qətlinin heç bir bəraəti ola bilməz demişdi.
Son xəbərlər
Son Xəbərlər