Türkiyə NATO gəmilərini daxili sularına buraxmadı

turkiye-nato-gemilerini-daxili-sularina-buraxmadi
Oxunma sayı: 2006

Türkiyə NATO gəmilərini Egey dənizi ərazisinə buraxmaqdan imtina edib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, NATO qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün öz gəmilərini Türkiyəyə, ordan Almaniyaya və digər Avropa ölkələrinə göndərir. Bu barədə “Agence France-Presse” məlumat yayıb.

İnformasiyanı agentliyə Brüsseldə bir neçə diplomatik mənbədən təsdiq ediblər.

Mənbələrdən birinin sözlərinə görə, Ankaranın Şimali Atlantika Müqaviləsi Təşkilatının missiyasına mövqeyi lap əvvəldən məlum olub: “Türkiyə təkid edir ki, NATO-nun 4 gəmidən ibarət dəniz qruplaşmasına rəhbərlik edən alman kontr-admiral Yorq Klyayn Ankarada onlarla birliyin hərəkət fəaliyyətini təyin etsin. Türkiyə həm də təhlükədə olan miqrantların NATO gəmiləri tərəfindən xilas olunmasında o qədər də maraqlı deyil (Bu ölkə ərazisində 2,5 milyondan çox suriyalı qaçqın var)”.