Türkiyə Niderlandı 4 qolla məğlub etdi - Yenilənib

turkiye-niderlandi-4-qolla-meglub-etdi
Oxunma sayı: 5461

DÇ-2022-nin seçmə mərhələsinin ilk oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, G qrupunda qərarlaşan Türkiyə yığması ilk matçda "Atatürk Olimpiyat" stadionunda Niderland yığmasını qəbul edib.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

24 mart

Türkiyə - Niderland - 4:2

Qollar: Burak Yılmaz, 15, 34 (pen), Hakan Çalhanoğlu, 46, Klaassen, 75, De Yonq, 76, Burak Yılmaz, 81.

***

15-ci dəqiqədə Burak Yılmaz Türkiyə yığmasını hesabda önə keçirir - 1:0.

***

34-cü dəqiqədə Türkiyə yığması 2-ci qolu qonaqların qapısında keçirir. Burak Yılmaz penaltidən fərqlənməklə dubla imza atır.

***

46-cı dəqiqədə Hakan Çalhanoğlu hesabı 3:0-a çatdırır.

***

Niderland millisi 75 və 76-cı dəqiqələrdə ardıcıl iki qol vurur. Əvvəlcə Klaassen, ardınca De Yonq fərqlənir - 3:2

***

81-ci dəqiqədə Türkiyə yığması 4-cü qolu vurur. Burak Yılmaz het-trik edir - 4:2.

***

90+5-ci dəqiqədə Mempis Depay penaltidən yararlana bilmir. Beləliklə qarşılaşma Türkiyə millisinin 4:2 hesablı qələbəsi ilə başa çatır.