“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Elektrik Mühəndisliyi Odası Qurumu başqanı Kemal Ulusaner ölkənin bir neçə saat işıqsız qalmasına münasibət bildirərkən deyib.
BBC-yə bu haqda açıqlama verən Kemal Ulusaner deyib ki, sistem işlətmə üçün özəl şirkətlərə veriləndən sonra firmalar elektriki müxtəlif saatlar üçün fərqli qiymətlərə satır: “Sistemdə sinxron sürüşmə yaşanan zamanda da domino effekti ilə elektrik kəsintisi yaşanır. Görünən odur ki, özəlləşdirmədən sonra sistemi toparlamaq mümkün olmayıb”.
Ulusaner 2006-cı ildə də Türkiyənin böyük bir ərazisinin bir neçə saat elektriksiz qalmasının yada salıb: “O zaman frekans sürüşməsi səbəbi ilə Ege, Marmara, Antalya bölgələrinə 11 saat elektrik verilməsi mümkün olmamışdı”.
Son xəbərlər
Son Xəbərlər