Türkiyə Norveçə qarşı

turkiye-norvece-qarsi
Oxunma sayı: 2673

Bu gün keçiriləcək 10 oyunla 2022-ci il dünya çempionatının seçmə qrup mərhələsində 2-ci tura start veriləcək.

 “Qafqazinfo” xəbər verir ki, qarşılaşmalar A, E, G və H qruplarına təsadüf edəcək. Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşünə çıxacağı A qrupunda şərikli liderlər Serbiya ilə Portuqaliya üz-üzə gələcək. İrlandiya - Lüksemburq oyununda isə tərəflər ilk xalı qazanmağa çalışacaq.

Seçmə mərhələyə Niderland üzərində inamlı ev qələbəsi ilə başlamış Türkiyə Cəbəllütariqi darmadağın etmiş Norveçlə görüşəcək.

DÇ-2022

Seçmə mərhələ
II tur, 27 mart

A qrupu
23:45. Serbiya - Portuqaliya
23:45. İrlandiya - Lüksemburq
Serbiya - 3, Portuqaliya - 3, Lüksemburq - 0 (oyun keçirməyib), İrlandiya - 0, Azərbaycan - 0

E qrupu
21:00. Belarus - Estoniya
23:45. Çexiya - Belçika
Çexiya - 3, Belçika - 3, Belarus - 0 (oyun keçirməyib), Uels - 0, Estoniya - 0

G qrupu
18:00. Monteneqro - Cəbəllütariq
21:00. Norveç - Türkiyə
21:00. Niderland – Latviya
Norveç - 3, Türkiyə - 3, Monteneqro - 3, Latviya - 0, Niderland - 0, Cəbəllütariq - 0

H qrupu
18:00. Rusiya - Sloveniya
21:00. Xorvatiya - Kipr
23:45. Slovakiya - Malta
Rusiya - 3, Sloveniya - 3, Slovakiya - 1, Kipr - 1, Xorvatiya - 0, Malta - 0.