Türkiyə növbəti mərhələyə necə adlaya bilər?

turkiye-novbeti-merheleye-nece-adlaya-biler
Oxunma sayı: 1953

Avropa Çempionatının qrup mərhələsində İspaniyaya və Xorvatiyaya uduzan Türkiyə millisinin 1/8 final şansları azalsa da, tam bitməyib.

Qafqazinfo” xəbər verir ki, “ay ulduzlular” riyazi baxımdan şanslarını qoruyur.

Bunun üçün Fatih Terimin komandası nə etməlidir?

Qrup mərhələsinin son turunda Çexiya ilə üz-üzə gələcək Türkiyə yığması öncə rəqibini məğlub etməlidir. Bu halda “ay ulduzlular” qrupda 3-cü yeri tutacaq və digər 5 qrupun üçüncüləri ilə növbəti mərhələ üçün mübarizə aparacaq.

Amma A qrupunda dünən Albaniya Rumıniyanı məğlub etdiyi üçün Türkiyə fərqli qələbə qazanmaq məcburiyyətindədir. Terimin komandası ən azı 2 top fərqi ilə rəqibindən üstün olmalıdır.