Suriyada öldürülən terrorçuların sayı daha artdı - Yenilənib

Suriyada öldürülən terrorçuların sayı daha artdı
Oxunma sayı: 2456

Türkiyənin Müdafiə Nazirliyi “Sülh Çeşməsi Hərəkatı” zamanı öldürülən terrorçuların sayını açıqlayıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Rasulayna hava hücumu nəticəsində 19 YPG/PKK-lı terrorçu məhv edilib.

Bununla da hərəkat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 174 nəfər olub.

**

“Sülh Çeşməsi Hərəkatı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının daha 9 silahlısı məhv edilib.

"Qafqazinfo" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat verib.

Bununla da zərərsizləşdirilən terrorçuların sayı 228-ə çatıb. 

**

Türkiyə Müdafiə Nazirliyi "Barış bulağı" çərçivəsində həyata keçirilən gecə əməliyyatları nəticəsində daha 49 PKK / PYD-YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

"Qafqazinfo"nun məlumatına görə, bununla da zərərsizləşdirilən terrorçuların sayı 277-ə çatıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi