Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə 12 terrorçunu zərərsizləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“PKK/YPG-nin hədəfləri vurulub, ilkin məlumatlara görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir”, - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, dünən Şanlıurfda sərhəd xəttində terrorçular tərəfindən yerləşdirilən qumbaranın partlaması nəticəsində 3 türk hərbçi şəhid olub.
Həmçinin oxuyun: Türkiyənin 3 hərbçisi şəhid oldu
Son xəbərlər
Son Xəbərlər