“Fırat Qalxanı” əməliyyatının aparıldığı Suriyanın Əl-Bab rayonu yaxınlığında İŞİD terror təşkilatı tərəfindən Türkiyə Silahlı Qüvvələrinin olduğu bölgəyə hücum təşkil olunub.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Türkiyə ordusunun 5 əsgəri şəhid olub, 10 əsgər yaralanıb.
Qeyd edək ki, “Fırat qalxanı” hərəkatı 170 gündür ki, davam edir.
Son xəbərlər
Son Xəbərlər