Türkiyə ordusu 59 terrorçunu məhv edib

turkiye-ordusu-59-terrorcunu-mehv-edib
Oxunma sayı: 926

Türkiyə Milli Müdafiə Nazirliyi 12 martdan bəri PKK/KCK terrorçularına qarşı keçirilən əməliyyatlarla bağlı hesabatı açıqlayıb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, Türkiyə daxilində və İraqın şimalındakı əməliyyatlar nəticəsində 59 terrorçu məhv edilib.

Bundan başqa, 43 silah, 4879 silah avadanlıqları, 3266 kq partlayıcı maddə, 46 əl bombası ələ keçirilib. Terrorçuların sığınacaqları və anbarları dağıdılıb.

Hazırda əməliyyatlar qurudan və havadan davam etdirilir.